...

Sumqayıtda dələduzluqla vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb

Hadisə Materials 29 Dekabr 2017 18:46 (UTC +04:00)
Şəhər sakini Şükür Hacıyev saxlanılıb.
Sumqayıtda dələduzluqla vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb

Bakı. Trend:

Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Abşeron rayon sakini Tofiq Zeynalovu aldadaraq dələduzluq yolu ilə 1750 manatını almaqda şübhəli bilinən şəhər sakini Şükür Hacıyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən onun avqust ayında Məhəmməd Abbasovu da eyni üsulla aldadaraq 9200 manatını alması da müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti