...

Mingəçevirdə yataqxanada yanğın: 7 nəfər xilas, 17 nəfər təxliyə olunub

Hadisə Materials 4 Yanvar 2018 08:20 (UTC +04:00)
Mingəçevirdə yanğın hadisəsi baş verib.
Mingəçevirdə yataqxanada yanğın: 7 nəfər xilas, 17 nəfər təxliyə olunub

Bakı. Trend:

Mingəçevirdə yanğın hadisəsi baş verib.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərdə dördmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində mənzillərdən birinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 7 nəfər xilas edilib, 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti