...

Ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə olunub

Hadisə Materials 5 Yanvar 2018 11:58 (UTC +04:00)
Gürcüstandan ölkəyə qanunsuz gətirlən telefonlar gömrükdə müsadirə olunub.
Ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Gürcüstandan ölkəyə qanunsuz gətirlən telefonlar gömrükdə müsadirə olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan ölkəmizə "Mersedes Benz E220 CDİ" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq, şifahi sorğu-sual aparılıb.

Həmin şəxs gömrükçülərə üzərində və nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.

Nəqliyyat vasitəsində aparılan yoxlamadan sonra sürücünün və avtomobildə sərnişin qismində səyahət edən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı sürücünün şalvarının cibindən "Samsung" və "Lenovo" markalı 3 ədəd mobil telefon, onun sərnişininin şalvarının və gödəkcəsinin ciblərindən isə "Samsung" və "Huawei" markalı 14 ədəd mobil telefon, "Sandisk" markalı müxtəlif həcmli 10 ədəd yaddaş kartları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti