Bakı. Trend:
Qəbələdə yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Qəbələ rayonunda ümumi sahəsi 105 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 75 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.