...

Xırdalanda yataqxanada baş verən yanğın söndürülüb - 17 sakin təxliyə olunub (YENİLƏNİB)

Hadisə Materials 12 Yanvar 2018 10:52 (UTC +04:00)
Abşeron rayonunun Xırdalan şəhərində yataqxanada baş verən yanğın söndürülüb.
Xırdalanda yataqxanada baş verən yanğın söndürülüb - 17 sakin təxliyə olunub (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:52-də yayılıb)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 kv.m olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

x x x

Abşeron rayonunun Xırdalan şəhərində yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğın tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan şəhərində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın başlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti