...

Axtarışda olan 13 nəfər saxlanılıb

Hadisə Materials 15 Yanvar 2018 09:41 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 13-dən 15-dək 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.
Axtarışda olan 13 nəfər saxlanılıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 13-dən 15-dək 183 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti