...

Nazir: Son 5 ildə yol qəzalarında ölən və xəsarət alanların sayı azalıb

Hadisə Materials 15 Yanvar 2018 13:26 (UTC +04:00)
Artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma müşahidə olunur.
Nazir: Son 5 ildə yol qəzalarında ölən və xəsarət alanların sayı azalıb

Bakı. Samir Əli - Trend:

Artıq beşinci ildir ki, yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında nəzərəçarpan azalma müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə daxili işlər naziri Ramil Usubov bu gün 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib.

Nazir bildirib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması hesabat dövründə 17,6 faiz artaraq 3.365.417 inzibati xəta təşkil edib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə, respublika üzrə 2016-cı illə müqayisədə 17,2 faiz çox və ya 3.481.458 protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti