...

Xeyli sayda silah könüllü olaraq polisə təhvil verilib

Hadisə Materials 17 Yanvar 2018 11:01 (UTC +04:00)
Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.
Xeyli sayda silah könüllü olaraq polisə təhvil verilib

Bakı. Trend:

Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon Polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd “AKMS” markalı avtomat silahı, 2 ədəd “İJ”, 3 ədəd “TOZ” markalı tüfəng, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.

Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti