...

Rusiyada məktəb təxliyə olundu - Səbəb qaz balonu

Hadisə Materials 18 Yanvar 2018 15:59 (UTC +04:00)
Rusiyanın Krasnodar şəhərində məktəblərin birindən mindən çox şagird və müəllim təxliyə olunub
Rusiyada məktəb təxliyə olundu - Səbəb qaz balonu

Bakı. Trend:

Rusiyanın Krasnodar şəhərində məktəblərin birindən mindən çox şagird və müəllim təxliyə olunub.

Trend-in məlumatına görə, hadisəyə ilkin səbəb olaraq qaz balonunun sızması göstərilir.

Qeyd olunur ki, siniflərin birində müəllim və şagirdlər qəflətən özlərini pis hiss etməyə başlayıblar.

Məktəbdə dərslər dayandırılıb.

Hadisə ilə bağlı təfərrüatlar araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti