...

Bakıda qadın mənzildən 5 min dollar oğurladı

Hadisə Materials 19 Yanvar 2018 12:09 (UTC +04:00)
Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb.
Bakıda qadın mənzildən 5 min dollar oğurladı

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildən külli miqdarda pul oğurlayan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

Yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlanması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xəyalə Vəliyeva müəyyən edilərək saxlanılıb, istintaqa təhvil verilib

Xəbər lenti

Xəbər lenti