...

Qubada ev, Ağsuda ot bağlaması yanıb

Hadisə Materials 20 Yanvar 2018 23:27 (UTC +04:00)
Quba və Ağsu rayonlarında yanğın hadisəsi baş verib
Qubada ev, Ağsuda ot bağlaması yanıb

Bakı. Trend:

Quba və Ağsu rayonlarında yanğın hadisəsi baş verib.

Trend-ə FHN-dən verilən məlumata görə, Quba rayonu, Kələnov kəndində ümumi sahəsi 308 m² olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Ağsu rayonu, Qaraqaşlı kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvarın altına yığılmış 5 ton ot bağlamasının 0,5 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti