...

Hindistanın ən təhlükəli terrorçusu həbs edildi

Hadisə Materials 23 Yanvar 2018 07:21 (UTC +04:00)
Hindistanda ölkəninən ən təhlükəli terrorçulardan hesab edilən Abdulla Sübhan Kureşi tutulub
Hindistanın ən təhlükəli terrorçusu həbs edildi

Bakı. Trend:

Hindistanda ölkəninən ən təhlükəli terrorçularından hesab edilən Abdulla Sübhan Kureşi tutulub.

Trend-in verdiyi xəbərə görə, bu barədə Dehli polisi məlumat yayıb.

Kureşi 2008-ci ildə Əhmədabad şəhərində 56 nəfərin ölümü ilə nəticələnən terror aktının törədilməsində şübhəli bilinir.

Terrorçunun təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə atışmanın ardınca saxlanıldığı bildirilir.

Kureşinin partlayıcı qurğuların istehsal olunması üzrə mütəxəssis olduğu vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti