...

Bakıda ağacların dibinə dizel tökülərək qurudulması faktı aşkarlanıb

Hadisə Materials 24 Yanvar 2018 16:32 (UTC +04:00)
Ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Bakıda ağacların dibinə dizel tökülərək qurudulması faktı aşkarlanıb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Xətai rayonu, İnqilab İsmayılov küçəsi 6 ünvanında ağacların qəsdən qurudulması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsinin qəsdən qurudulması məqsədilə yaşköküstə 12-40 sm diametrində 6 ədəd müxləlif cinsli ağacın naməlum şəxlər tərəfindən dib hissəsinin qazılaraq dizel yanacağının töküldüyü faktı aşkar olunub.

Faktla bağlı akt tərtib edilib və təqsirkarların tapılması üçün Xətai rayon Polis İdarəsinə müraciət olunub.

Sözügedən ağaclara zəruri aqrotexniki xidmətin göstərilməsi üçün ETSN tərəfindən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti