...

Otlaq sahəsində 20 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 26 Yanvar 2018 19:32 (UTC +04:00)
Ağstafada partlamamış hərbi sursatlar aşkar olunub.
Otlaq sahəsində 20 partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağstafada partlamamış hərbi sursatlar aşkar olunub.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Torpağın altında digər sursatların olmasını, hava şəraitinin yağıntılı və küləkli davam etməsini nəzərə alaraq əməliyyat-axtarış tədbirlərinin 29 yanvarda davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti