...

Paytaxtda yaşayış binasındakı yanğında 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər təxliyə edilib

Hadisə Materials 2 Fevral 2018 12:32 (UTC +04:00)
Paytaxtın Nərimanov rayonunda yaşayış binasında yanğında olub.
Paytaxtda yaşayış binasındakı yanğında 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər təxliyə edilib

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunda yaşayış binasında yanğında olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti