...

Bakıda mənzildən qadın meyiti tapılıb

Hadisə Materials 2 Fevral 2018 12:53 (UTC +04:00)
Bakıda mənzildən 80 yaşlı qadının meyiti tapılıb.
Bakıda mənzildən qadın meyiti tapılıb

Bakı. Trend:

Bakıda mənzildən 80 yaşlı qadının meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1938-ci il təvəllüdlü Abbasova Elmira İbrahim qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti