...

Binəqədidə küçədə öldürüldüyü bildirilən şəxsin "KamAZ"la vurulduğu sübut edildi

Hadisə Materials 7 Fevral 2018 11:43 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Binəqədidə öldürüldüyü bildirilən şəxslə bağlı məlumat yayıb.
Binəqədidə küçədə öldürüldüyü bildirilən şəxsin "KamAZ"la vurulduğu sübut edildi

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyi Binəqədidə öldürüldüyü bildirilən şəxslə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə bildiriblər ki, fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi RPİ 6-cı Polis bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər. Dərhal həmin şəxsin Təcili Tibbi Yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub. Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib.

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “KamAZ” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.

Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti