...

Xətaidə yaşayış binasında baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 7 Fevral 2018 22:16 (UTC +04:00)
Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.
Xətaidə yaşayış binasında baş verən yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonunda 18 mərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın nəticəsində kabellər yanıb.

Trend-ə FHN-dən bildirilib ki, 30 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

X X X

22:05

Bakı şəhərində yaşayış binasında yanğın olub.

Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğınsöndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti