...

Bakıda qadının evinə silahlı basqın edildi

Hadisə Materials 8 Fevral 2018 12:50 (UTC +04:00)
Bakıda qadının evinə silahlı basqın edən şəxs yaxalanıb.
Bakıda qadının evinə silahlı basqın edildi

Bakı. Trend:

Bakıda qadının evinə silahlı basqın edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, “102” Xidməti Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini olan qadın mənzilində ona qarşı edilmiş cinayət barədə məlumat verib.

Dərhal aidiyyəti üzrə həmin ünvana gələn Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mənzilə gələn şəxsin bıçaqla onun əlinə xəsarət yetirərək qiymətli əşya və pul verməsini tələb etməsi, istədiyinə nail olmadığından quldurluq yolu ilə oradan ütü və elektrik manqalını aparması müəyyən edilib.

Quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kirill Bakutov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti