...

Ucarda ikimərtəbəli ev yanıb

Hadisə Materials 10 Fevral 2018 07:50 (UTC +04:00)
Ucar rayonunda yanğın hadisəsi qeydə alınıb.
Ucarda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Ucar rayonunda yanğın hadisəsi qeydə alınıb.

Trend-in FHn-in saytına istinadən verdiyi məlumata əsasən, rayonun Əlikənd kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 160 m² sahədə yanıb.

Evin qalan hissəsi və ona bitişik ümumi sahəsi 252 m² olan talvar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti