...

Sulutəpədə yağış suları evlərə doldu

Hadisə Materials 10 Fevral 2018 22:08 (UTC +04:00)
Yağan yağış Bakıda ciddi fəsadlar yaradıb
Sulutəpədə yağış suları evlərə doldu

Bakı. Trend:

Yağan yağış Bakıda fəsadlar yaradıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir neçə fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar nəticəsində yağış suları ilə dolub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən suçəkmə işləri aparılıb və vətəndaşlara müvafiq köməklik göstərilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti