...

İranda avtobus aşdı - Ölü və yaralılar var

Hadisə Materials 12 Fevral 2018 12:58 (UTC +04:00)
İranın şərqində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İranda avtobus aşdı - Ölü və yaralılar var

Bakı. Trend:

İranın şərqində ağır yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 9 nəfər həlak olub, 36 nəfər xəsarət alıb.

Hadisə Cənubi Xorasan əyalətində baş verib. Qeyd olunur ki, avtobus Qaçsaran şəhərindən Məşhədə hərəkət edirmiş.

İnsident nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib, bəzilərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı İran yol polisi araşdırmaya başlayıb.

Xəbər lenti

Xəbər lenti