...

Bakıda külli miqdarda pul və qızıl oğurlayan dəstə yaxalandı

Hadisə Materials 13 Fevral 2018 13:05 (UTC +04:00)
Bakıda pul və qızıl əşyalar oğrulayan dəstə tutulub.
Bakıda külli miqdarda pul və qızıl oğurlayan dəstə yaxalandı

Bakı. Trend:

Bakıda pul və qızıl əşyalar oğrulayan dəstə tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 37-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da rayon ərazisindəki evlərin birindən 9.700 manat pul vəsaiti və 10.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Şəfiyeva və əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti