...

Floridada baş verən atışmanın təfərrüatları məlum oldu

Hadisə Materials 15 Fevral 2018 07:33 (UTC +04:00)
ABŞ-ın Florida ştatında məktəbdə baş verən silahlı hücumda AR-16 tüfəngindən istifadə olunub
Floridada baş verən atışmanın təfərrüatları məlum oldu

Bakı. Trend:

ABŞ-ın Florida ştatında məktəbdə baş verən silahlı hücumda AR-16 tüfəngindən istifadə olunub.

Trend-in verdiyi xəbərə görə, bu barədə yerli KİV-lər insidentin yer aldığı dairənin şerifinə istinadla məlumat yayıb.

Məlumata əsasən qatil şaqirdləri sinif otqlarındn çıxmağa məcbur etmək üçün yanğından mühafizə siqnalizasiyasını işə salıb. Bununla o daha çox insanın tələf olmasına nail olmaq istəyib.

Xatırladaq ki, hadisə nəticəsində ən azı 17 nəfərin həlak olduğu bilirilib. Cinayətin törədilməsində şübhəli bilinən şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti