...

Şəkidə 8 otaqlı ev yanıb

Hadisə Materials 15 Fevral 2018 17:32 (UTC +04:00)
Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.
Şəkidə 8 otaqlı ev yanıb

Bakı. Trend:

Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Turan qəsəbəsində ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları 350 kv.m və ona bitişik tikilmiş, ümumi sahəsi 150 kv.m olan talvarın yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti