...

Şəkidə alışan elektrik lövhəsi 15 sayğacı sıradan çıxarıb

Hadisə Materials 17 Fevral 2018 17:51 (UTC +04:00)
Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.
Şəkidə alışan elektrik lövhəsi 15 sayğacı sıradan çıxarıb

Bakı. Trend:

Gündüz saatlarında Şəkidə yanğın faktı qeydə alınıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərdə yol kənarında hasara quraşdırılmış elektrik lövhəsində 15 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı tikililər və transformator yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti