...

Sabunçuda bir gecədə üç qonşunun evindən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 19 Fevral 2018 09:58 (UTC +04:00)
Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.
Sabunçuda bir gecədə üç qonşunun evindən oğurluq edən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Sabunçu qəsəbəsi şəhər Şossesi küçəsində yerləşən paytaxt sakini Xanoğlan Hadıyevə məxsus fərdi yaşayış evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi fevralın 16-da evdə olmadığı müddətdə mənzilin pəncərəsinin qırıldığını oradan 4 min manat dəyərində qızıl-zinət əşyaları və 280 manat pul oğurlandığını bildirib.

12-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin qəsəbədə yaşayan Quba rayon sakini Elmin İsayev tutulub. Saxlanılan şəxs ifadəsində oğurluq etdiyi evin sahibi ilə qonşu olduğunu və həmin evdə heç kimin yaşamadığını bildiyi üçün oradan oğurluq etdiyini bildirib.

E.İsayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı onun digər cinayətlərinin də üstü açılıb. Araşdırmalarla saxlanılan şəxsin eyni gündə Sabunçu qəsəbəsində daha iki fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olduğu və həmin mənzillərdən 2500 manat dəyərində qızıl-zinət əşyaları və 317 manat pul oğurladığı məlum olub.

Qeyd edilən faktlarla bağlı 12-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti