...

FHN: Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü

Hadisə Materials 20 Fevral 2018 18:00 (UTC +04:00)
Penitensiar Xidmətin inzibati binasında baş vermiş yanğın söndürülüb.
FHN: Penitensiar Xidmətin binasındakı yanğın söndürüldü

Bakı. Samir Əli - Trend:

Bakıda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin inzibati binasında baş vermiş yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmnə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, binada yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğının qarşısı tam alınıb və söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti