...

Şəkidə mal-qara oğrusu saxlanılıb

Hadisə Materials 21 Fevral 2018 11:48 (UTC +04:00)
Şəki rayonu Sarıca kənd sakini Anar Əliyev Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.
Şəkidə mal-qara oğrusu saxlanılıb

Bakı. Trend:

Şəki rayonu Sarıca kənd sakini Anar Əliyev Şəki ŞRPŞ-nin Sarıca Polis Bölməsinə ərizə ilə müraciət edərək fevralın 18-də ona məxsus evin həyətyanı sahəsindəki tövlədən 2 baş iribuynuzlu mal-qaranın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq şöbəyə gətirilib.

Ətrafında aparılan araşdırmalarla onun Naftalan şəhər sakini əvvəllər məhkum olunmuş Orxan Paşayev olduğu müəyyən edilib. O.Paşayev ifadəsində oğurluq yolu ilə əldə etdiyi heyvanları bazarda tanımadığı şəxslərə sataraq əldə etdiyi pulun çox hissəsini borclu olduğu əvvəllər məhkum olunmuş Goranboy rayon sakini Laçın Əzimova verdiyini bildirib.

Faktla əlaqədar olaraq, onların hər ikisi şübhəli şəxs qismində saxlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti