...

Bakıda restoranın tüstü bacasına yıxılan şəxs çıxarıldı (YENİLƏNİB)

Hadisə Materials 23 Fevral 2018 12:20 (UTC +04:00)
Bakıda restoranın tüstü bacasına düşərək orada sıxılmış vəziyyətdə qalan şəxs çıxarılıb.
Bakıda restoranın tüstü bacasına yıxılan şəxs çıxarıldı (YENİLƏNİB)

Bakı. Samir Əıli - Trend:

Bakıda restoranın tüstü bacasına düşərək orada sıxılmış vəziyyətdə qalan şəxs çıxarılıb. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib və tüstü bacasına düşən 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu xilas edilib.

Xatırladaq ki, Bakıda "Koroğlu" metrostansiyasının yaxınlığındakı "Alov" restoranının tüstü bacasına gecə saat 03 radələrində naməlum şəxs yıxılaraq orada sıxılmış vəziyyətdə qalıb. Həmin şəxs sakinlər tərəfindən səhər saatlarında aşkar edilib və hadisə yerinə Təcili Tibbi Yardım beiqadası və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Xəbər lenti

Xəbər lenti