...

Xırdalanda ov tüfəngi oğurlayan iki nəfər saxlanılıb

Hadisə Materials 23 Fevral 2018 12:46 (UTC +04:00)
Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib.
Xırdalanda ov tüfəngi oğurlayan iki nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini F.Müslümov fevralın 20-nə keçən gecə evindən müvafiq sənədləri olan 2 ov tüfənginin oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıblar.

Araşdırmalarla onların Abşeron rayon sakini Süleyman Səmədov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əliyev olmaları müəyyən edilib.

Oğurlanmış tüfənglər polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti