...

Ələtdə anasını qətlə yetirən oğul saxlanıldı

Hadisə Materials 27 Fevral 2018 12:15 (UTC +04:00)
Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İslamov saxlanılıb.
Ələtdə anasını qətlə yetirən oğul saxlanıldı

Bakı. Trend:

Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində anası öldürən Cəmil İslamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 25-də Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayan C.İslamov münaqişə zəminində anası Zərnişan Allahverən qızını döyüb. Aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş Z.İslamova fevralın 26-da orada ölüb.

Faktla əlaqədar rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti