...

İstanbulda ağır qəza - Ölən və yaralananlar var

Hadisə Materials 27 Fevral 2018 13:29 (UTC +04:00)
İstanbulda 3 avtomobilin iştirakı ilə ağır qəza baş verib
İstanbulda ağır qəza - Ölən və yaralananlar var

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbulda 3 avtomobilin iştirakı ilə ağır qəza baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 10 nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu ilin yanvar ayında Türkiyədə 32 mindən çox yol-nəqliyyat hadisəsi baş verib.

Qəzalar zamanı 252 nəfər həlak olub, 20 mindən çox şəxs xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti