...

ABŞ-da silahlı yeniyetmə saxlanılıb

Hadisə Materials 28 Fevral 2018 04:35 (UTC +04:00)
ABŞ-da silahlı yeniyetmə saxlanılıb

Bakı. Trend:

ABŞ-ın Florida ştatında polis 16 yaşlı yeniyetməni saxlayıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə məlumat Brouard dairəsi şerifinin ofisinin saytınta yerləşdirilib.

Məlumata əsasən, keçirilən axtarış zamanı silah və kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilib. Hadisə yerinə partlayıcı qurğular üzrə mütəxəssislər, təhlükəsizlik qüvvələrinin əməkdaşları və FTB agentləri cəlb olunub.

Xatırladaq ki, 14 fevralda 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti