...

Göygöldə zibillikdə 73 kiloqram partlayıcı maddə aşkarlanıb (FOTO)

Hadisə Materials 5 Aprel 2018 18:27 (UTC +04:00)
Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.
Göygöldə zibillikdə 73 kiloqram partlayıcı maddə aşkarlanıb (FOTO)

Bakı. Trend:

Göygöldə zibillikdə 73 kiloqram partlayıcı maddə aşkarlanıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, bu gün saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygöl rayonu, Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlayıcı maddənin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilmiş, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti