...

Rusiyada ticarət mərkəzində YANĞIN - 800 nəfər təxliyə olundu

Hadisə Materials 17 Aprel 2018 18:39 (UTC +04:00)
Rusiyanın Yaroslavl şəhərində ticarət mərkəzində yanğınla əlaqədar 800 nəfər təxliyə olunub
Rusiyada ticarət mərkəzində YANĞIN - 800 nəfər təxliyə olundu

Bakı. Trend:

Rusiyanın Yaroslavl şəhərində ticarət mərkəzində yanğınla əlaqədar 800 nəfər təxliyə olunub.

Trend-in məlumatına görə, "Vernisaj" ticarət mərkəzində dükanların birində naqillər alışıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısı qısa müddətdə alınıb.

Qeyd olunur ki, "Vernisaj" Yaroslavlın ən böyük ticarət mərkəzlərindən biridir.

Xəbər lenti

Xəbər lenti