...

Samux sakini arvadını öldürdü - Meyitini meşədə basdırdı

Hadisə Materials 1 May 2018 11:51 (UTC +04:00)
Arvadı Ləmanı döyərək qətlə yetirməkdə şübhəli bilinən Samux rayonunun Kolayır kənd sakini Ağamir Səmədov tutulub
Samux sakini arvadını öldürdü - Meyitini meşədə basdırdı

Bakı. Samir Əli - Trend:

Aprelin 30-da Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kolayır kənd sakini Azadil Qəhrəmanova bir gün əvvəl axşam saatlarında qonşuluqda yaşayan bacısı Ləmanla əri, əvvəllər məhkum olunmuş Ağamir Səmədov arasında münaqişə olduğunu və bu səbəbdən bacısının evdən çıxıb getdiyini bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, həmin gün A.Səmədovun yaşadığı evdə münaqişə zəminində arvadı Ləmanı döyərək qətlə yetirməsi, meyitini isə “VAZ-21011” markalı avtomobildə Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov tutulub.

L.Səmədovanın meyiti ekshumasiya edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti