...

Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb

Hadisə Materials 1 İyun 2018 09:43 (UTC +04:00)
Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.
Qəbələdə qanunsuz yolla əldə edilmiş oduncaq dolu avtomobillər saxlanılıb

Bakı. Trend:

Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları tərəfindən Bum meşəbəyliyinin 6 saylı dolayında içərisində qanunsuz yolla əldə edilmiş oduncaq olan “Ural” və “QAZ-66” markalı avtomobillər saxlanılıb.

ETSN-dən Trend-ə verilən məlumata görə, araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub.

Saxlanılan avtomobillər Qəbələ rayon Polis Şöbəsinə təhvil verilib, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanan sənədlər hüquq-mühafizə orqanına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti