...

Qaz borusunu kəsib satan şəxslər saxlanılıb

Hadisə Materials 2 İyun 2018 16:02 (UTC +04:00)
Neftçalada qaz xəttini kəsərək oğurlamaqda şübhəli bilinənlər saxlanılıb.
Qaz borusunu kəsib satan şəxslər saxlanılıb

Bakı. Trend:

Neftçalada qaz xəttini kəsərək oğurlamaqda şübhəli bilinənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 29-da nazirliyin “102-Zəng Mərkəzi” Xidmətinə Neftçala rayonu ərazisində qaz xəttinin bir hissəsinin kəsilərək oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib.

Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti