...

Quba sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Hadisə Materials 12 İyun 2018 13:15 (UTC +04:00)
Quba sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.
Quba sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Bakı. Trend:

Quba sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, iyunun 11-də gecə saatlarında rayonun Zərdabi kənd sakini Eldəniz Dadaşov döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu ilə daxilə nüfuz edən xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal əməliyyat olunub.

Bu barədə Rayon Polis Şöbəsinə məlumat daxil olan kimi polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar. “İsti izlər”lə keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Kamran Ağasıyev saxlanılaraq qısa vaxta müəyyən edilərək polis şöbəsinə qətirilib. Araşdırma zamanı o, törətdiyi əməli etiraf edərək, hadisəni aralarında yaranmış mübahisə zəminində törətdiyini bildirib. Cinayətdə istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti