...

Bakıda qətl törədən keçmiş məhkum saxlanıldı

Hadisə Materials 13 İyun 2018 14:26 (UTC +04:00)
Bakı şəhər sakini Rəşad Hüseynov bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Tuncay Vəliyev saxlanılıb
Bakıda qətl törədən keçmiş məhkum saxlanıldı

Bakı. Trend:

İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.

Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti