...

Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları aparılır

Hadisə Materials 18 İyun 2018 07:26 (UTC +04:00)
Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları aparılır
Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları aparılır

Bakı. Trend:

Kür çayında batdığı ehtimal olunan şəxsin axtarışları aparılır.

Trend-in FHN-nin saytına istinadən verdiyi məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kür çayının Zərdab rayonu, Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti