...

Moskvada yol qəzası nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir - səfirlik

Hadisə Materials 18 İyun 2018 19:42 (UTC +04:00)
İyunun 16-da Moskva şəhərində taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki Azərbaycan vətəndaşı xəsarət alıb.
Moskvada yol qəzası nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir - səfirlik

Bakı. Trend:

İyunun 16-da Moskva şəhərində taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki Azərbaycan vətəndaşı xəsarət alıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə bildirilib ki, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar.

Xatırladaq ki, iyunun 16-da Moskvanın mərkəzində taksinin yolun kənarında duran piyadaları vurması nəticəsində 7 nəfər yaralanıb.

Qəzanın ilkin səbəbi kimi sürücünün idarəetməni itirməsi göstərilir. Taksi sürücüsü əyləc əvəzinə qazı basdığını bildirib. Sürücü ərazi polis bölməsinə aparılıb. Hadisənin səbəbləri aydınlaşdırılır və yoxlamalar aparılır.

Yol hərəkətinin təşkili mərkəzindən verilən məlumata əsasən, sürücü nəqliyyat vasitəsini Qırğızıstana məxsus sürücülük vəsiqəsi ilə idarə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti