...

Ağdaşda həyətində çətənə kolu əkən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 19 İyun 2018 10:35 (UTC +04:00)
Ağdaşda həyətində çətənə kolu əkən şəxs saxlanılıb.
Ağdaşda həyətində çətənə kolu əkən şəxs saxlanılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultivasiyası ilə mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Tofiq Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində olan istixanada aqrotexniki qaydada qulluq edilmiş ümumi çəkisi 12 kiloqramdan artıq olan 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti