...

Türkiyədə 40-a yaxın miqrant saxlanıldı

Hadisə Materials 22 İyun 2018 12:43 (UTC +04:00)
Türkiyənin sahil-mühafizə xidməti Aydın vilayəti yaxınlığında 38 qeyri-leqal miqrantı saxlayıb
Türkiyədə 40-a yaxın miqrant saxlanıldı

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyənin sahil-mühafizə xidməti Aydın vilayəti yaxınlığında 38 qeyri-leqal miqrantı saxlayıb.

Trend-in məlumatına görə, saxlanılanlar Mərkəzi Afrika Respublikası, Suriya, İraq, Somali vətəndaşları olub.

Qeyd olunur ki, miqrantlar qeyri-leqal yollarla Yunanıstana keçməyə çalışıb.

Miqrantların Türkiyədən deportasiya olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti