...

Neftçalada 62 ədəd çətənə kolu aşkar edilib (FOTO)

Hadisə Materials 22 İyun 2018 10:47 (UTC +04:00)

Bakı. Trend:

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qədimkənd kənd sakini Zöhrab Hüseynov saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən Qədimkənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti