Bakı. Trend:
Hacıqabulda qətl hadisəsi baş verib.
DİN-dən Trend-ə verilən məlumata görə, iyunun 24-də saat 1 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində yaşayan nənəsinin evinə gəlmiş Ayəddin İsmayılzadə münaqişə zəminində orada qonaq olan xalası qızı, 2-ci Udlu kənd sakini Rəvanə Məliklini bıçaqla qətlə yetirib.
A.İsmayılzadə könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub.