...

Almatı şəhəri yaxınlığında anbarlar yanır

Hadisə Materials 28 İyun 2018 06:33 (UTC +04:00)
Cümə axşamı Qazaxıstanın Almatı şəhəri yaxınlığında güclü yanğın baş verib.
Almatı şəhəri yaxınlığında anbarlar yanır

Bakı. Trend:

Cümə axşamı Qazaxıstanın Almatı şəhəri yaxınlığında güclü yanğın baş verib. Kayrat bölgəsində anbarlar yanır. Bu haqda şəhərin fövqaladə hallar xidmətinin mətbuat rəhbəri Sanduqaş Bəymuxambetova jurnalistlərə bildirib.

"Yerli vaxtla saat 06:03-də 101 yanğınsöndürmə xidmətinin qaynar xəttinə anbarda yanğınla bağlı zəng daxil olub. Yanğınsöndürmə briqadaları artıq hadisə yerindədirlər və yanğının qarşısını almaq üçün müvafiq tədbirlər görürlər”, - mətbuat xidmətinin rəhbəri bildirib.

Xəsarət alanlar haqqında məlumat yoxdur.

Daha ətraflı məlumat sonra veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti