...

Sabirabadda 7 ay əvvəl vurulmuş piyada ölüb

Hadisə Materials 28 İyun 2018 15:03 (UTC +04:00)
Sabirabadda avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib.
Sabirabadda 7 ay əvvəl vurulmuş piyada ölüb

Bakı. Trend:

Sabirabadda avtomobillə vurulan piyada xəstəxanada dünyasını dəyişib.

DİN-dən Trend-ə verilən məlumata görə, 2017-ci ilin noyabr ayının 26-da Sabirabad rayonunun Qaragüney kəndi ərazisində Füzuli rayon sakini Qaraş Quliyev idarə etdiyi “QAZ-3302” markalı avtomobillə Nəsimi kənd sakini Bilal Hadıyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş B.Hadıyev iyunun 27-də orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti