...

Xocavənd kənd qəbiristanlığından oğurluq edən şəxs tutulub

Hadisə Materials 29 İyun 2018 13:39 (UTC +04:00)
Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərin birinin ətrafına quraşdırılmış alüminumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub.
Xocavənd kənd qəbiristanlığından oğurluq edən şəxs tutulub

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsinə Xocavənd kənd qəbiristanlığındakı qəbirlərin birinin ətrafına quraşdırılmış alüminumdan olan bəzək əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarınını “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elgün Süleymanov və Ağdam rayon sakini Saday Mehdiyev saxlanılıblar.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti